Ərəb dənizində 30-dan çox balıqçı itkin düşüb

22 Yanvar 2022 16:08 (UTC+04:00)

Ərəb dənizinin Pakistan sahillərində (Sind əyaləti) iki qayığın batması nəticəsində 30-dan çox balıqıçı itkin düşmüş hesab edilir. SİA xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli polis nümayəndələrinə istinadla məlumat yayıb. Polisin və yerli mənbələrin məlumatına görə, batan qayıqlarda 35-dən çox balıqçı olub. Onlardan beşi xilas edilərək tibbi mərkəzə gətirilib. Pakistan Hərbi Dəniz Qüvvələrinin dəstələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

Yerli hakimiyyət orqanlarından bildirilib ki, qəzaya güclü külək və qayıqların həddən artıq yüklənməsi səbəb olub.