"Neftçi" daha bir legioneri ilə yollarını ayırıb

22 Yanvar 2022 15:34 (UTC+04:00)

"Neftçi" futbolçusu Xorxe Korrea ilə yollarını ayırıb. SİA paytaxt təmsilçisinin rəsmi televiziyasına istinadən xəbər verir ki, 29 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Xorxe Korrea mövsümün əvvəlində "Neftçi"yə keçib. "Ağ-qaralar" daha əvvəl San-Tome və Prinsipidən olan Harramiz Soareslə vidalaşıb.