Uşaqların sevimli xarakteri dünyasını dəyişib

22 Yanvar 2022 14:48 (UTC+04:00)

Məşhur amerikalı komediya aktyoru Lui Anderson 68 yaşında dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki Louie Anderson "Louie ilə Yaşam" adlı cizgi filmi ilə bir müddət uşaqların qəlbində taxt-taca sahib çıxıb. Cizgi filmində Andersonun uşaqlıq xatirələri yumoristik şəkildə danışılıb. Louinin atası ilə daim mübahisə etməsi, onun cansıxıcı davranışı və hazırcavab zarafatları hər kəsi güldürüb.

Lui Anderson iki dəfə "Emmi" mükafatına layiq görülüb. O, aktyorluq karyerasına 1984-cü ildə "Taxi Driver 2" ilə başlayıb və "Coming to America", "The Louie Show" və "Back by Midnight" kimi verilişlərində də iştirak edib.

Müxtəlif yarışma proqramlarına aparıcılıq edən və bir çox kult seriallarında qonaq olan aktyor ən son 2021-ci ildə "Showtime" serialı "Twenties"də "Maurise" obrazını canlandırıb.