Kababxanada ağılasığmaz hadisə baş verib

22 Yanvar 2022 14:46 (UTC+04:00)

Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda kababxanaya daxil olan şəxs “Arvadımın tütününə zəhər qatmısan” deyərək belindən çıxardığı bıçaqla çaxnaşmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Karasu rayonunun Yallı məhələsində baş verib. 2 şəxs davanı aralamaq istəyərkən yaralanıb. Yaralılar polis tərəfindən xəstəxanaya aparılıb.