Metallurgiya sənayesi sahəsində 1 milyard manatdan çox məhsul istehsal olunub

22 Yanvar 2022 14:35 (UTC+04:00)

2021-ci ildə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 milyard 141,8 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata əsasən, bu müddət ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,9 faiz artım müşahidə olunub.

Ötən ildə hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 26 min 707,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib, metaldan digər məmulatların istehsalı isə 7,2 dəfə artıb.