Azadlığa buraxılan məhbusların sayı 1000 NƏFƏRDƏN ÇOXDUR

22 Yanvar 2022 14:26 (UTC+04:00)

Qazaxıstanda yanvar iğtişaşları zamanı inzibati qaydada həbs edilmiş mindən çox insan azadlığa buraxılıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Təqdim olunan məlumatlara əsasən, məhkəmələr tərəfindən 3314 nəfər inzibati qaydada həbs edilib. Prokurorlar tərəfindən cəzanın yüngülləşdirilməsi ilə bağlı 1884 vəsatət verilib. Onların baxılması nəticəsində 1083 nəfər həbsdən azad edilib", deyə prezidentin saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd edək ki, ümumilikdə, o zaman 3,3 mindən çox insan həbs edilib, həmçinin 490 nəfərə cərimə tətbiq edilib.

Xatırladaq ki, yanvarın 22-də Qazaxıstanın baş prokuroru Gizat Nurdauletov prezident Kasım-Jomart Tokayevə məlumat verib ki, həbs olunanların hamısının müdafiə və hüquqi yardım hüququ təmin olunub, şikayətlər diqqətlə yoxlanılır.