Yaponiyada 6.6 bal gücündə zəlzələ olub

22 Yanvar 2022 13:46 (UTC+04:00)

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yerli vaxtla saat 01:08-də 6,6 bal gücündə zəlzələ Kyuşu bölgəsinin cənubundakı Hyuqa-nada dənizində 45 kilometr dərinlikdə qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Oita", "Miyazaki", "Koçi" və "Kumamoto" əyalətlərində intensiv şəkildə hiss edilən zəlzələdə Oitada 5, Miyazakidə isə 4 nəfər yaralanıb.

Zəlzələ üçün sunami xəbərdarlığı verilməyib, maqnitudası əvvəlcə 6.4, sonra isə 6.6-ya yenilənib. Bəzi şəhərlərdə elektrik və su kəsilib.