Yük maşını qəzaya uğradı, meymunlar qaçdı

22 Yanvar 2022 13:44 (UTC+04:00)

ABŞ-ın Pensilvaniya ştatında içərisində 100-ə yaxın meymunun olduğu yük maşını digər yük maşını ilə toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniya ştatının polis məmurlarından Andrea Pelaçik meymunların laboratoriyaya aparıldığını və qəza zamanı 3 meymunun qaçdığını bildirib.

Bölgədə yaşayan insanlardan meymunları gördükləri təqdirdə səlahiyyətlilərlə əlaqə saxlamaları istənilib. Qəzada yaralananların sayı açıqlanmayıb.