Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı AÇIQLANIB

22 Yanvar 2022 13:18 (UTC+04:00)

Bakıda 246 nəfər barəsində Amnistiya Aktı tətbiq edilib. SİA-nın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.