Müğənni oğlu ilə gəzərkən görüntülənib

22 Yanvar 2022 13:02 (UTC+04:00)

Öykü Karayellə xoşbəxt ailə quran müğənni Can Bonomo oğlu Romanla gəzərkən görüntülənib. SİA xarici mətbuata istinadən bildirir ki, Bonomonun imic dəyişikliyi diqqətdən yayınmayıb. Romanı uşaq arabasında yatızdırmağa çalışan müğənni Can Bonomo jurnalistlərin suallarını cavablandırıb.

Romanın səyahət etməyi çox sevdiyini bildirən müğənni "Maşında səyahət etməyi sevir, daha yaxşı yatır" deyib. Həyat yoldaşı Öykü Karayel ilə koronavirusa yoluxan Can Bonomo "Artıq geçdi, hamı diqqətli olsun. Biz rahat keçirdik" deyib.