Cərəyanı necə əldə etmək olar? ELEKTRİK ENERJİSİ OLMAYAN YERLƏRDƏ

22 Yanvar 2022 12:48 (UTC+04:00)

Elektrik enerjisi olmayan yerlərdə katalitik materiallardan istifadə etməklə portativ enerji mənbələrinin necə əldə oluna biləcəyi aşkar edilib. SİA xəbər verir ki, bu barədə MİREA-nın qeyri-üzvi kimya kafedrasının dosenti, kimya elmləri namizədi Andrey Doroxov REN TV-yə danışıb.

"Katalitik materiallar daşınan enerji mənbələri üçün hidrogen istehsal etmək üçün lazımdır və elektrik enerjisi olmayan dağlarda, telefon və noutbukları doldurmaq üçün istifadə edilə bilər", deyə Andrey Doroxov bildirib.

Onun sözlərinə görə, portativ enerji mənbələrini əldə etmək üçün hidrogen generatoru və havadakı oksigenlə qarşılıqlı əlaqədə olan hidrogeni elektrik enerjisinə çevirən yanacaq elementi lazımdır.

Ekspert həmkarları ilə birgə çalışdığı fəaliyyət istiqamətlərindən də danışıb. Beləliklə, onlar natrium borhidrid məhlullarından hidrogenin ayrılmasına imkan verən katalizatorlar hazırlayırlar.