Tozsoranınızın xarab olmasını yaradan səbəblər nədir?

22 Yanvar 2022 11:45 (UTC+04:00)

Ev təmizliyinin əvəzolunmaz hissələrindən biri olan tozsoranlardan demək olar ki, hər yerdə düşünmədən istifadə edirik. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tozsoranınız nə qədər yaxşı olsa da, istifadə edilməməsi lazım olan bir neçə yer var. İstəmədən süpürmə prosesini davam etdirdiyiniz bir neçə nöqtə; dönməz zərər verə bilər və nə qədər keyfiyyətli olursa-olsun qısa müddətdə yeni tozsoran lazım ola bilər. Əsasən şüşə qırıntısı, yaş yerlər, topa saç qırıntısı və s. yerləri tozsoranla təmizləməniz onun xarab olmasına gətirib çıxardır.