SOCAR-ın Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb

22 Yanvar 2022 11:38 (UTC+04:00)

SOCAR-ın Rumıniyanın 26 şəhərində 67 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. SİA xəbər verir ki, şirkətin Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb. YDM-lərdə yanacaq satışı həyata keçirməklə yanaşı, “Madein Azerbaijan” brendinin məhsulları təbliğ edilir, Azərbaycan nemətləri əcnəbilərə tanıdılır.