Ağacları kəsən şirkət cəzalandırılıb

22 Yanvar 2022 11:35 (UTC+04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov SİA-ya bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Yeni Ailə” MMC tərəfindən kəsildiyi və təbiətə 34860 manat məbləğində ziyan dəydiyi məlum olub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.