Xanımların ən çox istifadə etdiyi maskanın adı BƏLLİ OLDU

22 Yanvar 2022 11:34 (UTC+04:00)

Dəri gözəlliyində təbii sərvətlərdən istifadə min illik vərdişlərdən biridir. Bu mənbələrdən biri olan meyvələrin əslində bilindiyindən daha çox təsiri var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəriyə qulluq rutininizə əlavə etdiyiniz bir meyvə belə demək olar ki, hər şeyi dəyişə bilər. Həm saça, həm də dəriyə təsirli olması ilə tanınan banan onlardan biridir. Tərkibindəki sıx kalium quru dərini və saçları ən yaxşı şəkildə qidalandırmaq qabiliyyətinə malikdir. Banan həm də dərini qidalandırmaqla yanaşı, dərini sıxır. Bu sahədə yaşlanma əleyhinə prosedurlar arasında ən təbii üsulu tətbiq edə bilərsiniz. Əzilmiş banana bir az kəsmik əlavə etsəniz dərinizə və saçınıza böyük təsir göstərəcək. Bu qarışıma bir çay qaşığı bal da əlavə edə bilərsiniz. Əlavə etdiyiniz bir stəkan badam yağı saçınızı və dərinizi qidalandırmaq qabiliyyətini artıraraq canlı və parlaq bir quruluşa sahib olmanızı təmin edəcək.