"Omikron"un alt variantı aşkar edildi

22 Yanvar 2022 11:31 (UTC+04:00)

Britaniya Sağlamlıq Təhlükəsizliyi Təşkilatı, koronavirusun “Omikron” variantının alt variantını aşkar etdiklərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “BA.2” adlanan yeni alt variantın tədqiqinin davam etdiyini izah edən səlahiyyətlilər, bu alt variantın ölkədəki hal nisbətlərində çox aşağı olduğunu bildiriblər. Danimarkadakı ilkin tədqiqatlar göstərdi ki, “Omikron” və “BA.2” olan insanlar arasında xəstəxanaya yerləşdirmə nisbətlərində heç bir fərq müşahidə olunmayıb. Danimarka səhiyyə orqanlarına görə, cari vaksinlərin “BA.2”-yə qarşı təsirli olacağı gözlənilir.