İki dəqiqə ərzində yuxulamağın yolu MÜƏYYƏN EDİLDİ

22 Yanvar 2022 11:21 (UTC+04:00)

İki dəqiqə ərzində yuxuya getməyin müasir yolu müəyyən edilib. SİA xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, hətta yuxusuzluqdan əziyyət çəkənlər üçün də uyğundur.

The Mirror-a görə, tez yuxulamaq üçün insanlar əvvəlcə zehnini təmizləməlidir, sonra isə qarşısında olan görüntünü təsəvvür etməlidir.

Yuxuya tez getmək istəyənlər əvvəlcə çənə və dili unutmadan üzün əzələlərini rahatlamalıdırlar. Bundan sonra qollarını rahatlaşdırmaq üçün çiyinləri aşağı salmaq lazımdır, sonra sinədəki gərginliyi aradan qaldırmaq üçün nəfəs almaq və daha sonra ayaqları rahatlanalı. Bütün bunlar təxminən bir dəqiqə çəkir.

Sonra təxəyyülü işə salmalı və bir növ sakitləşdirici mənzərəni təsəvvür etmək lazımdır. On saniyə ərzində "düşünmə" ifadəsini təkrarlanmalıdır.

Nəşrə görə, müvafiq üsul, ABŞ ordusu tərəfindən istifadə olunur və tətbiqi zaman 96 faiz təsirli olduğu deyilir.

Xatırladaq ki, əvvəllər bir terapevt yuxunu yaxşılaşdırmağa və yuxusuzluqdan qurtulmağa kömək edən üç üsul açıqlamışdı. Həkimin sözlərinə görə, yuxusuzluq həbləri qısa müddətli təsirə malikdir və asılılıq yarada bilər. Məsələn, lavanda və ya çobanyastığı efir yağı ilə vanna yuxuya getməyi asanlaşdıra bilər.