Son sutkada koronavirusa yoluxma sayı 11 mini ötüb - GÜRCÜSTANDA

22 Yanvar 2022 11:03 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 11 039 yeni yoluxma halı qeydə alınıb, 42 nəfər vəfat edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 199 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 041 749 nəfərdə aşkarlanıb. Onların 956 627-si sağalıb, 14 673-ü isə ölüb.