Serenay Sarıkaya qorxu dolu anlar yaşayıb

22 Yanvar 2022 10:42 (UTC+04:00)

Serenay Sarıkayanın Etilerdəki evinə gedərkən avtomobili naməlum şəxs tərəfindən təpiklə vurulub. Türkiyəli gözəl aktrisa hadisə ilə bağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Serenay Sarıkaya həmin şəxsi tanımadığını və artıq dəfələrlə özünün və yaxın çevrəsinin həmin şəxsin etdiklərindən ziyan çəkdiyini bildirib. Serenay Sarıkaya şəxsi polisə şikayət edib.