Gündəlik yoluxma hallarının sayı 400 mini keçib - FRANSADA

22 Yanvar 2022 10:34 (UTC+04:00)

Fransada Covid-19 epidemiyasında son 24 saatda 400 min 851 yeni yoluxma halı aşkarlanıb, ümumi yoluxma sayı isə 16 milyon 498-ə çatıb. SİA xarici mətbuata istinadən bildirir ki, Fransada Covid-19-a yoluxanların sayı son 4 gündə 400 mini keçib. Fransa Səhiyyə Nazirliyindən verilən açıqlamada, son 24 saatda ölkə daxilində 400 min 851 yeni yoluxma aşkar edildiyi, ümumi yoluxma sayının isə 16 milyon 498-ə çatdığı bildirilib. Bildirilib ki, son 24 saatda 233 nəfərin Covid-19 səbəbi ilə həyatını itirdiyi ölkədə ümumi can itkisi 128 min 347 nəfərə yüksəlib.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 28 min 457 nəfər xəstəxanalarda müalicə olunub, onlardan 3 min 792 nəfəri reanimasiya şöbələrindədir.