Türkiyəli aktrisa sevgilisindən ayrılıb

22 Yanvar 2022 10:21 (UTC+04:00)

Sevgidə heç cürə üzü gülə bilməyən türkiyəli aktrisa Merve Boluğur bir müddətdir menecer Erkan Şenlə sevgili olub. "Axtardığı xoşbəxtliyi tapdıqları" düşünülərkən, cütlüyün ayrıldığı iddia edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uzun müddət ekranlardan uzaq qaldığı üçün aktyorluq karyerasından çox "İnstaqram" paylaşımları ilə adından söz etdirən Merve Boluğur son günlər Erkan Şenlə eşq macərası ilə gündəmə gəlib.

Axtardığı xoşbəxtliyi nəhayət tapdığı düşünülən Merve Boluğur da bu münasibətdə də ayrılıq görüb. Erkan Şen, sevgilisi Merve Boluğuru "İnstaqram" hesabında izləmədən çıxarıb. Merve Boluğur isə gecə həyatına davam etdiyi halda, ayrılığın səbəbi hələ də bilinmir.