21 yaşlı futbolçunun müqaviləsinə xitam verilib

22 Yanvar 2022 10:08 (UTC+04:00)

"Qalatasaray" mövsümün əvvəlində Portuqaliyanın "Famalikao" klubundan transfer etdiyi 21 yaşlı yarımmüdafiəçi Qustavo Assunçaonun icarə müqaviləsinə xitam verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sarı-qırmızılılar Qustavo Assunçao üçün mövsümün əvvəlində 100 min avro ödəyib.

"Qalatasaray"dan verilən açıqlamada: "Peşəkar futbolçu Qustavo Assunçao ilə şirkətimiz arasındakı müqavilələr qarşılıqlı olaraq ləğv edildi. Assunçaoya gələcək karyerasında uğurlar arzulayırıq"-deyə bildirilib.