Çavuşoğlu israilli həmkarına zəng edib

22 Yanvar 2022 09:29 (UTC+04:00)

Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesinə başladıqdan sonra İsraillə də analoji addım atmağa hazırlaşır. Ötən axşam Ankara ilə Təl-Əviv arasında İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı mühüm hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Yair Lapid ilə sürpriz telefon danışığı olub.

Çavuşoğlu-Lapid görüşünün prezident Rəcəb Tayyib Ərdoğanın 4 gün əvvəl “İsrail prezidenti İzak Hersoqun Türkiyəyə səfəri ola bilər” açıqlamasından sonra keçirilməsi diqqət çəkib. Bu arada prezident Ərdoğan yanvarın 13-də İsrail prezidenti Yitzak Hersoqa zəng edərək anası Aura Hersoqun vəfatı ilə bağlı başsağlığı verib.

Xarici İşlər Nazirliyi açıqlamasında iki ölkənin xarici işlər nazirlərinin telefon danışığı olduğunu açıqlayıb, lakin görüşün məzmunu ilə bağlı məlumat paylaşmayıb. Bununla belə, kulisdə qeyd olunub ki, ötən gün telefon danışığında həm Hersoqun səfər planı, həm də ABŞ-ın Şərqi Aralıq dənizi Boru Kəməri (EastMed) layihəsindən dəstəyi geri çəkməsi müzakirə edilib. Oxşar məlumatı İsrailin “Jarusalem Post” qəzetinə danışan mənbələr də təsdiqləyib.