66 yaşlı qadını avtomobil vurub

22 Yanvar 2022 09:19 (UTC+04:00)

Bakıda 66 yaşlı qadını avtomobil vurub. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü Əliyeva Sədaqət Mövsüm qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.