Tacikistana 650 min 400 doza “Moderna” peyvəndi gətirilib.

22 Yanvar 2022 06:47 (UTC+04:00)

Tacikistana COVAX proqramı çərçivəsində 650 min 400 doza “Moderna” peyvəndi gətirilib.

SİA Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, peyvənd ölkəyə UNICEF-in Tacikistandakı nümayəndəliyinin dəstəyi ilə göndərilib. İndiyədək COVAX proqramı çərçivəsində Tacikistana 8 milyon 650 min 400 doza peyvənd gətirilib.

Qeyd olunur ki, bu vaxtadək ölkədə 4 milyon 312 min 744 şəxs peyvənd olunub. Ümumiyyətlə isə Tacikistanda 5 milyon 826 min 301 adam peyvənd edilməlidir.

Xatırladaq ki, Tacikistanda “CoronaVac”, “AstraZеneca” və “Moderna”, “Pfizer” və “Спутник V” peyvəndlərindən istifadə olunur.