ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib

22 Yanvar 2022 03:26 (UTC+04:00)

ABŞ-ın Nebraska ştatında yaşayan və ölkənin ən yaşlı sakini kimi tanınan Telma Sutkliff 115 yaşında dünyasını dəyişib.

SİA xəbər verir ki, qadın uzunömürlülüyün sirrini siqaret çəkməməkdə, əsəb keçirməməkdə və uşaq sahib olmamaqda görüb.

Telma Sutkliff 1924-cü ildə 18 yaşında ailə həyatı qurub. Evlilikdə övladı olmayan xanımın həyat yoldaşı təxminən 50 il əvvəl dünyasını dəyişib.