“Real”ın 1/4 finaldakı rəqibi bəlli oldu

22 Yanvar 2022 01:05 (UTC+04:00)

Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

SİA xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan “Real” yarımfinala çıxmaq üçün “Atletik”lə qarşılaşacaq.

Bu mərhələnin oyunları fevralın 2-3-də keçiriləcək.

İspaniya Kuboku

1/4 final

Atletik – Real

Real Sosyedad – Betis

Valensiya – Kadis

Rayo Valyekano – Malyorka