Rusiya hərbi təlimlər üçün Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərib.
SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada S-400-lərin Belarusda Rusiya ilə “Müttəfiq Qətiyyət-2022” adlı birgə hərbi təlimə qatılacağı bildirilib.
Açıqlamada təlim üçün S-400-lərdən əlavə, "Pantsir-S" hava hücumundan müdafiə raket sistemlərinin və 12 ədəd "Su-35" döyüş təyyarəsinin Belarusa göndəriləcəyi qeyd edilib.
“Müttəfiq Qətiyyət-2022” birgə hərbi təlimi fevralın 10-da başlayacaq.