Blinken ilə Lavrov görüşdən sonra mətbuata açıqlama veriblər

22 Yanvar 2022 00:44 (UTC+04:00)

"Rusiya qoşunlarını Ukrayna sərhədindən çıxarmalıdır".

SİA xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla İsveçrənin Cenevrə şəhərində Ukrayna böhranını müzakirə etdiyi görüşən sonra verdiyi açıqlamada deyib.

E. Blinken "Lavrovla görüşümüz bir müzakirə deyil, səmimi fikir mübadiləsi idi. Məqsədimiz Ruyanın diplomatiyanın tərəfdarı olub-olmadığını anlamaqdır. Rusiyanın qarşıda iki yolu var; o, ya diplomatik yolu seçər, ya da münaqişəni seçə bilər. Ukraynaya mümkün olan bir hücumun dərhal bir cavabının olacağını bu ölkəyə çatdırdıq. Ukraynada hücumlar artarsa, bunun nəticəsi ağır olacaq. Növbəti addımları Rusiyanın münasibəti müəyyən edəcək. Rusiya hücum etsə, biz Ukraynanın yanında olacağıq.

Blinken həmçinin bildirib ki, Rusiya Ukrayna sərhədindən qoşunlarını çıxarmalıdır.

Rusiyanın xarici işlər naziri Lavrov isə deyib:

"Amerikalı həmkarlarımız yenidən Rusiya ilə Ukrayna arasındakı sərhəd məsələsini gündəmə gətirməyə və burada hər şeyi ehtimal olunan gərginliyin azaldılması zərurəti ilə şərtləndirməyə çalışdılar. Bu, bir sehrə çevrilib. Lakin görüşü gələcək həftə təkliflərimizə yazılı cavabların verilməsi istiqamətində razılaşma ilə son açtdırdıq".

Rusiyanın Ukraynaya hücum edib-etməyəcəyi sualını cavablandıran Lavrov deyib ki, İddia edirsiniz ki, biz Ukraynaya hücum etmək niyyətindəyik. Biz dəfələrlə bunun belə olmadığını dəfələrlə demişik.

Ukrayna xalqını heç vaxt rəsmi şəkildə təhdid etmədiklərini dilə gətirən Lavrov “Qərbli həmkarlarımızın hazırkı isteriyası Ukraynanın Donbasda güc tətbiqinə təhrik etmək deyil, amma ən azı Kiyev rejiminin Minsk razılaşmalarını təxrib etməkdəki mövqeyini gizlətmək istiqamətindədir" deyə bildirib.

Lavrov ABŞ-ı Minsk razılaşmalarını yerinə yetirmək üçün Ukraynaya təsir göstərməyə çağırıb.