Ağ Ev: Putin və Bayden arasında görüş keçirilə bilər

22 Yanvar 2022 00:23 (UTC+04:00)

“ABŞ və Rusiya prezidentləri arasında yeni təmas mümkündür, lakin bu məsələ ilə bağlı qərarlar hələ qəbul edilməyib”.

SIA-nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, ABŞ prezident həmişə liderlik səviyyəsində öhdəliyi yüksək qiymətləndirir: “Lakin belə bir növbəti addımın məqsədəuyğun olub-olmadığına hələ qərar verməliyik”.