İraqda DEAŞ orduya hücum edib: 11 əsgər həlak olub

22 Yanvar 2022 00:15 (UTC+04:00)

İraqın şərqində terror təşkilatı DEAŞ-ın orduya təşkil etdiyi hücumda 11 İraq əsgəri həlak olub.

SİA xəbər verir ki, Diyalə Əməliyyat Komandanlığının açıqlamasına görə, terror təşkilatı DEAŞ Diyala vilayətinin Spacem rayonunda hücum həyata keçirib.

Hücum nəticəsində 11 İraq əsgərinin həlak olduğu bildirilib.

Qeyd edilib ki, terror təşkilatı DEAŞ hücumundan sonra yüksək səviyyəli hərbi heyət bölgəyə gedib və hücumla bağlı araşdırma başlayıb.