Ağ Ev ABŞ-ın Rusiya ilə bağlı yazılı təklifləri açıqlayıb

21 Yanvar 2022 22:09 (UTC+04:00)

ABŞ Rusiya Federasiyasına təqdim etdiyi yazılı təkliflərdə hər iki tərəfin bir-birinin təhlükəsizlik məsələlərini necə gücləndirə biləcəyi ilə bağlı ideyalar təqdim edəcək.

SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ Rusiya Federasiyası ilə şəffaflığın artırılması, risklərin azaldılması və silahlara nəzarət tədbirlərini müzakirə edir.