"Qalatasaray"ın sabiq prezidenti vəfat etdi

21 Yanvar 2022 17:23 (UTC+04:00)

"Qalatasaray" camiəsi üçün kədərli xəbər gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Qalatasaray"ın sabiq prezidentlərindən olan Səlahəddin Beyazıt 91 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Səlahəddin Beyazıt 1969-1973 və 1975-1979-cu illərdə iki dövr sarı-qırmızılılara başçılıq edib.