İnsanlar xoşbəxt olmağa nəyə görə ehtiyac duyurlar? - SƏBƏBLƏR AÇIQLANDI - PSİXOLOQ DANIŞDI

21 Yanvar 2022 16:24 (UTC+04:00)

“Ümumiyyətlə xoşbəxtlik deyilən hiss ümumi qavramdır, yəni hər insan xoşbəxtliyi bir şeydə görür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitunun psixoloqu Lalə Əhmədova deyib.

Psixoloq Lalə Əhmədova qeyd edib ki, biri xoşbəxtliyi pulda görür, biri var-dövlətdə görür, digəri sağlamlıqda görür. “Əslində insan həyatında xoşbəxtlik deyə birşey yoxdur. Sadəcə xoşbəxt anlar var, hansı ki, insanın özünü xoşbəxt, yaxşı hiss elədiyi, başqalarının həyatında olan nailiyyətlərə baxıb, öz nailiyyətlərinə baxıb sevinən insandır. Xoşbəxt insan öz xoşbəxtliyinin fərqində olan insandır, yəni öz uğurlarının, öz sağlığının fərqində olan insandır. Xoşbəxtlik ümumi məfhumdur və xoşbəxtliyi məhz bir şeydə görmək olmaz. Əlbəttə ki, bizim arzularımızı və istəklərimizi həyata keçirmək üçün pul bir vasitədir. Lakin pul bizə sadəcə olaraq xoşbəxtlik versin deyə birşey yoxdur. Xoşbəxtlik birinci növbədə ruh və bədən sağlığından başlayır. İnsan ruhu və bədəni sağlamdırsa sağlam düşünə bilir, sağlam addımlar ata bilir. Gələcəyi üçün planlar və hədəflər qurur və o anların xoşbəxtliyini yaşayır”.