Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

21 Yanvar 2022 15:05 (UTC+04:00)

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.