Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarlar geri dönüb

21 Yanvar 2022 14:54 (UTC+04:00)

Azərbaycandan yanvarın 13-də Ümrə ziyarətinə gedən zəvvarlar geri dönüb.

SİA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, növbəti Ümrə ziyarətlərinin təşkili üçün sənəd qəbulu davam edir.

V.Cahangiri vurğulayıb ki, fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 3-ü, 10-u və 17-də baş tutması nəzərdə tutulub

V. Cahangiri əlavə edib ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Lakin ziyarət yerlərinə yaxın yerdə yerləşən və daha rahat hoteldə qalmaq daxil olan paketin qiyməti 1630 dollar təşkil edir.