Qətərin 50 ədəd sərnişin təyyarəsi sifarişi ləğv olundu

21 Yanvar 2022 14:55 (UTC+04:00)

"Airbus" aviasiya şirkəti "Qatar Airways" ilə 50 ədəd A321 neo sərnişin təyyarəsi üçün müqaviləni ləğv etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyada yerləşən çoxmillətli aviasiya şirkəti "Airbus", A350 sərnişin təyyarələri ilə bağlı keyfiyyət mübahisələri davam etdiyi üçün yeni bir addım atıb. Sifarişin ləğvinin səbəbini açıqlamayan "Airbus", qəbul edilən qərarın şirkətin hüquqlarına uyğun olduğunu bildirib.