Nyu-York meri ilk maaşını kripto pul ilə alacaq

21 Yanvar 2022 14:31 (UTC+04:00)

Kripto pulları dəstəkləyən və Nyu-Yorku kripto pul mərkəzi etmək istədiyini bildirən Adams bələdiyyə sədri olaraq ilk maaşını sabah alacağını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sabah maaşını Bitkoin və Ethereumla alacağını açıqlayan Erik Adams “Nyu York dünyanın mərkəzidir. Biz şəhərimizin digər maliyyə yeniliklərinin də mərkəzi olmasını istəyirik” ifadəsini işlədib.

Adams mer seçildikdən sonra məktəblərdə kriptovalyutaların və blokçeyn texnologiyasının öyrədilməsini tövsiyə edib.

Qeyd edək ki, ABŞ-da Nyu York və Mayami şəhərləri ölkənin “kripto paytaxtı” olmaq üçün sanki yarışa giriblər.