"Mən fəxr edirəm ki, Bronksda böyümüşəm"

21 Yanvar 2022 12:46 (UTC+04:00)

Amerikalı reper Cardi B keçən həftə Nyu-Yorkda 19 nəfərin ölümü ilə nəticələnən yanğın fəlakətində bütün dəfn xərclərini öz üzərinə götürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cardi B-nin böyüdüyü Amerikanın Bronks məhəlləsindəki mənzildə baş verən yanğında ölənlərdən 9-u uşaqdır.

Repçi bu barədə açıqlama verib. O, “Mən fəxr edirəm ki, Bronksda böyümüşəm. Mən də onların dərdlərinə ortağam” dedi.

Ayşən Vəli