Əmək müqavilələrinin sayı artıb - Mikayıl Cabbarov

21 Yanvar 2022 11:05 (UTC+04:00)

Son iki ildə əmək müqavilələrinin sayı artıb. SİA-ya məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlində gəlir vergisi üzrə islahatların başlanmasından indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 283 minədək, o cümlədən qeyri-neft özəl sektorda 233 mindən çox artıb.