Norveç kralı V Haraldın nəvəsi şahzadə Liya Behn sosial media fenomeninə çevrilib. SİA xarici mətbuata istinadən bildirir ki, alış-veriş və makiyaj məsləhətlərini, rəqs fiqurlarını "İnstaqram" və "TikTok"-da paylaşan Princess-ə böyük maraq var.
Onun "TikTok"-da 200.000-dən çox izləyicisi var. Lea üç il əvvəl vəfat edən şahzadə Marta və Ari Behnin qızıdır.
Ayşən Vəli