Azərbaycan nefti bahalaşır

21 Yanvar 2022 10:51 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 20-də 92,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 92,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 90,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.