Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

21 Yanvar 2022 09:41 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,05 faiz azalaraq 1 843,9 ABŞ dollarına bərabər olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,85 faiz azalaraq 24,51 dollar təşkil edib.