Dünya fond bazarlarının əsas indeks göstəriciləri

21 Yanvar 2022 09:17 (UTC+04:00)

Yanvarın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,89 faiz –.34,715.39 bəndədək, S&P 500 indeksi 1,10 faiz – 4,482.73 bəndədək, Nasdaq indeksi isə 1,30 faiz – 14,154.02 bəndədək enib.

SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 19-da FTSE 100 indeksi 0,06 faiz – 7,585.01 bəndədək enib, Almaniyanın DAX indeksi 0,65 faiz – 15,912.33 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,30 faiz – 7,194.16 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,17 faiz artaraq 1,1325 dollar təşkil edib.