Tovuzda ikimərtəbəli ev yanıb

21 Yanvar 2022 08:23 (UTC+04:00)

Tovuz rayonunun Çatax kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 260 m² sahədə yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi, zirzəmisinə yığılan ot bağlamaları və bitişik tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.