“Taliban” 95 minlik yeni ordu formalaşdırır

21 Yanvar 2022 07:30 (UTC+04:00)

"Taliban” Əfqanıstanda 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yaradır.

SİA xəbər verir ki, bu barədə hərəkatın daxili işlər naziri Siracuddin Həqqani bildirib.

Onun sözlərinə görə, Əfqanıstan ərazisində baş verən partlayışların arxasında İŞİD silahlıları və keçmiş hökumətin bəzi üzvləri dayanır.

Haqqani əlavə edib ki, “Taliban” həm təhlükəsizlik sferasında, həm də ideoloji cəhətdən İŞİD-lə qarşılaşmağa çalışır.