“Twitter”in işində problem yaranıb

21 Yanvar 2022 06:28 (UTC+04:00)

Dünyanın bir çox ölkəsində “Twitter” mikrobloqunun işində problem yaranıb.

SİA-nın əldə etdiyi məlumata görə, problemlə ABŞ, Kanada, Britaniya və Rusiyadan olan istifadəçilər üzləşiblər. İstifadəçilər şəxsi hesablarına daxil olmağa çətinlik çəkirlər. Beynəlxalq “NetBlocks” təşkilatı problemi serverdəki xəta ilə izah edir.