Avstriyada koronavirusa qarşı vaksinasiya məcburi edilib

21 Yanvar 2022 05:35 (UTC+04:00)

Avstriya Milli Şurası (Avstriya Parlamentinin aşağı palatası) ölkədə koronavirusa qarşı vaksinasiyanın məcburi edilməsinin leyhinə səs verib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan sonra qanun layihəsinə bundesrat (ölkənin federal torpaqlarının nümayəndəliyi) baxacaq.

Məlumata əsasən, vaksinasiya fevral ayından 18 yaşdan yuxarı vətəndaşlar üçün məcburi olacaq.