Afrikada koronavirusa yoluxma sayı azalıb

21 Yanvar 2022 03:00 (UTC+04:00)

Afrika qitəsində Covid-19-a gündəlik yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumatda göstərilir ki, Afrikada 56 gün davam edən intensiv yoluxma artıq başa çatıb. Həftə ərzində yoluxmalar 20%, ölüm halları isə 8% azalıb. Yoluxmaların əksəriyyəti Omikton ştamına aiddir.