Türkiyə danışıqların Yerevan və ya Ankarada keçirilməsini istəyir

21 Yanvar 2022 02:12 (UTC+04:00)

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların müzakirəsi məqsədi daşıyan danışıqlar üçüncü ölkədə deyil, iki ölkədən birində aparılmalıdır.

SİA-nın məlumatına görə, bu barədə diplomatik mənbələrə istinadən "Daily Sabah" qəzeti xəbər yayıb.

"Türkiyə danışıqların ilk raundu Moskvada keçirildikdən sonra ikinci raundun Yerevanda və ya Ankarada keçirilməsinə üstünlük verir", - deyə mənbələr bildirib.